Sumqayıt şəhərindəki mağazaların birində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A. Əliyev müəyyən edilərək saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
















