• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Lənkərandakı qəzada xəsarət alanlarıdan XƏBƏR VAR - YENİLƏNİB

HADİSƏ

03 Sentyabr 2024 | 11:05 | Müəllif: Qalib İbrahimoğlu

Lənkərandakı qəzada xəsarət alanlarıdan XƏBƏR VAR - YENİLƏNİB

Sentyabrın 2-də saat 23:50-də Lənkəran rayonu Digah kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az TƏBİB-ə istinadla xəbər verir ki, 4 nəfər (kişi cinsli) döş qəfəsinin küt travması, sağ budun küt travması, başın ön səthinin travması diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, zəruri ilkin tibbi yardım göstərilən yaralılar ambulator müalicə üçün evə buraxılıb.

***

02:08

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər - Lənkəran rayonunun Liman şəhər sakini, 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev, Lənkəran rayonunun Göyşaban kənd sakini, 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə, "Toyota Prius"un sürücüsü Lənkəran şəhər sakini, 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev və "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Lənkərandakı qəzada xəsarət alanlarıdan XƏBƏR VAR - YENİLƏNİBLənkərandakı qəzada xəsarət alanlarıdan XƏBƏR VAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026