• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Lənkəranda 49 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

HADİSƏ

21 Dekabr 2023 | 19:43 | Müəllif: Subhan Mahmudov

Lənkəranda 49 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə Lənkran rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

18:20

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026