Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə və maliyyə dairələrində “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyətini dayandıra biləcəyi ilə bağlı iddialar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda bəzi iddialarda təşkilatın mayın 1-dən etibarən yenidən fəaliyyətə başlayacağı qeyd olunur.
Lakin məsələ ilə bağlı BOKT-dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Qurumdan qeyd olunub ki, yaxın günlərdə texniki proseslərin tamamlanması ilə kredit xidmətlərinin yenidən bərpa olunması planlaşdırılır.
Murad İsmayıl
Bakı 




