• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İŞİD liderinin sağ əli İstanbulda YAXALANDI

HADİSƏ

02 May 2021 | 16:47

İŞİD liderinin sağ əli İstanbulda YAXALANDI

İki il öncə Suriyada öldürülən İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin sağ əli sayılan Basim ləqəbli əfqanıstanlı terrorçu ələ keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, terror qruplaşmasının hərbi qanadının rəhbəri olan Basim Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik orqanlarının birgə əməliyyatı nəticəsində İstanbulda yaxalanıb.

Terrorçunun 2019-cu ildə əl-Bağdadinin ölümünündən sonra qaçaq yollarla Türkiyə ərazisinə keçərək orada gizləndiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026