• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ərləri Rusiyada olan qadınlar Kürdəmirdə döyülüb?

HADİSƏ

31 May 2021 | 12:39

Ərləri Rusiyada olan qadınlar Kürdəmirdə döyülüb?

Son günlər Kürdəmir rayonunda dörd qanının evinə basqın edilərək döyülməsi haqqında iddialar yayılıb. 

Sosial şəbəkələrdə yayılan iddialara görə, naməlum şəxs ərləri Rusiyada olan və uşaqları ilə birlikdə tək yaşayan qadınları hədəfə alıb. 

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı bir vətəndaş polisə müraciət edib:

“Həmin müraciət üzrə araşdırma aparılır, yekunda əmələ hüquqi qiymət veriləcək. Bu müraciət üzrə də basqın və ya döymə faktı qeydə alınmayıb. Sadəcə evə qanunsuz daxil olma barədə şikayət edilib. Digər üç qadının hücuma məruz qalması barədə məlumat həqiqəti əks etdirmir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026