• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İrandan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO

HADİSƏ

21 Mart 2024 | 15:05

İrandan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO

Mart ayının 20-da saat 23:36-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı nəticəsində Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.

    Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram narkotik vasitə (89 kq 940 qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metafetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M 40 həbləri aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026