• Bakı 15° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

İran Küveyti yenidən hədəf aldı

DÜNYA

07 Aprel 2026 | 08:58

İran Küveyti yenidən hədəf aldı

Küveytdə yerləşən Əli əl-Salem hava bazasına pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində ən azı 15 amerikalı yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CBS News” iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, pilotsuz aparatın İran ərazisindən buraxıldığı ehtimal olunur. Mənbə bildirib ki, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti açıqlama yayaraq, 98-ci zərbə dalğası çərçivəsində Küveytdəki Əli əl-Salem bazasına və İraqdakı Viktoriya düşərgəsinə hücum etdiklərini bildirmişdi.

Açıqlamada, həmçinin Təl-Əviv, Hayfa, Petah Tikva və Beer-Şeva şəhərlərinin şimal və cənub istiqamətlərində də zərbələrin endirildiyi qeyd olunub.


SON XƏBƏRLƏR

06 Aprel 2026