• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkələrdən gətirilən toxumluq kartof məhv edildi 

CƏMİYYƏT

05 Mart 2026 | 17:06 | Müəllif: Əli Hüseynov

Bu ölkələrdən gətirilən toxumluq kartof məhv edildi

Gürcüstan və Türkiyədən Azərbaycana gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində "ROSTA M" MMC-nin Gürcüstandan idxal etdiyi 48 750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24 800 kq toxumluq kartof məhsuluna AQTA müfəttişləri baxış keçirib.

Yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.

Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026