• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Goranboyda ferma yandırıldı: 230 baş heyvan tələf oldu

HADİSƏ

21 Mart 2024 | 10:45

Goranboyda ferma yandırıldı: 230 baş heyvan tələf oldu

Goranboyda yerləşən fermalardan birini qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Goranboyda ferma yandırıldı: 230 baş heyvan tələf olduGoranboyda ferma yandırıldı: 230 baş heyvan tələf olduGoranboyda ferma yandırıldı: 230 baş heyvan tələf oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026