• Bakı 24° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Fəhlə hündürlükdən yıxılaraq öldü

HADİSƏ

21 Fevral 2023 | 14:44

Fəhlə hündürlükdən yıxılaraq öldü

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026