• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir

DÜNYA

26 Iyun 2025 | 13:42 | Müəllif: Əli Hüseynov

Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR