• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Cəlilabadda toy maşını qəzaya düşüb: 1 yaralı

HADİSƏ

12 Oktyabr 2024 | 18:00 | Müəllif: Gülşən Şərif

Cəlilabadda toy maşını qəzaya düşüb: 1 yaralı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026