• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bir evdə 6 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB

HADİSƏ

25 Fevral 2025 | 10:08

Bir evdə 6 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün  evə buraxılıblar.

***

09:16

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərləniblər.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayeva, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026