• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yük avtomobili yolda yandı- FOTOLAR

HADİSƏ

26 Mart 2025 | 19:58

Yük avtomobili yolda yandı- FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.


Yük avtomobili yolda yandı- FOTOLARYük avtomobili yolda yandı- FOTOLARYük avtomobili yolda yandı- FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026