• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

"Yeni qatarların sayı artırılacaq" - Bəxtiyar Məmmədov

CƏMİYYƏT

14 Avqust 2024 | 12:08 | Müəllif: Əli Hüseynov

"Yeni qatarların sayı artırılacaq" - Bəxtiyar Məmmədov

"Hazırda metroda infrastruktur və qurucluq tədbirləri davam etdirilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteninin xətlərində sərnişinlərin daha rahat və komfortlu formada mənzil başına çatması üçün qırmızı və yaşıl xətlər istiqamətində yeni tipli, kondisionerlərlə təchiz olunmuş qatarlar xəttə buraxılıb.

B.Məmmədov deyib ki, ilin sonuna qədər yeni tipli qatarların gətirilməsi planlaşdırılır:

"Bu ilin sonunadək ümumilikdə 7 qatarın xaricdən alınması və sərnişinlərin istifadəsini verilməsi planlaşdırılır”.

“Ümumiyyətlə, yaxın 2 il ərzində istismara veriləcək yeni qatarların sayı 65-ə çatacaq. Hal-hazırda bu qatarların sayı 27-dir", - deyə Bəxtiyar Məmmədov əlavə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026