• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda hoteldə qadın bıçaqlandı

HADİSƏ

29 Iyun 2022 | 09:48 | Müəllif: Subhan Mahmudov

Bakıda hoteldə qadın bıçaqlandı

Bakıda hoteldə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən "Panoramic" hoteldə qeydə alınıb. Mehmanxanada 1992-ci il təvəllüdlü Sürəyyə Əliyeva (şərti) bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən daxilə nüfuz edən və qolundan bıçaq xəsarətləri alan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra qadının tanışı, 1990-cı il təvəllüdlü Ə.Salamov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib .

Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026