• Bakı 14° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda qaynaqçının ölümü ilə bağlı cinayət işi başlanıb

HADİSƏ

29 Iyul 2022 | 09:24

Bakıda qaynaqçının ölümü ilə bağlı cinayət işi başlanıb

İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026