• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağcabədidə AĞIR QƏZA - Ölən var

HADİSƏ

26 Iyun 2026 | 08:05 | Müəllif: Subhan Mahmudov

Ağcabədidə AĞIR QƏZA - Ölən var

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü Amil Bəylərovun idarə etdiyi "KIA" markalı avtomobil, 2007-ci il təvəllüdlü Qara Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR