• Bakı 28° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Coratda 26 yaşlı gənc dənizdə boğulub

HADİSƏ

25 Iyul 2026 | 22:57

Coratda 26 yaşlı gənc dənizdə boğulub

Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər dənizinin Corat sahillərində qeydə alınıb.

Əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026