• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bayram Məmmədovun qardaşı buna görə ölüb - RƏSMİ

HADİSƏ

24 Avqust 2026 | 14:40 | Müəllif: Əli Hüseynov

Bayram Məmmədovun qardaşı buna görə ölüb - RƏSMİ

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026