• Bakı 31° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb 

HADİSƏ

25 Iyul 2026 | 14:22

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb 

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb. 

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026