• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib

CƏMİYYƏT

11 Aprel 2025 | 15:35

ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a ADSEA-dan bildirilib.

    Görüşdə Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

    Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


    ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edibADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edibADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edibADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edibADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Oktyabr 2026