Mütəxəssislər bildirirlər ki, yumurtalar proteinlə zəngin olduğu üçün hər gün istehlak edilməlidir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yumurta alarkən nəzərə alınmalı olan bəzi amillər var.
Diqqətdən yayınan vərdişlər yumurtaları zəngin bir protein mənbəyinə deyil, zəhərə çevirir. Yumurtanın faydaları saysız-hesabsızdır. Yumurtanı diqqətlə saxlamaq lazımdır ki, qida dəyəri aşağı düşməsin. Yumurta alarkən istifadə müddətini yoxlamağı unutmayın. Çartlamış yumurtaları dərhal atın.
Yumurta qabığının çirkli olduğunu düşünənlər yumurtaları yuyub soyuducuya qoyurlar. Bu böyük səhvə yol verməyin. Yumurtanı yumaq onu daha da zərərli edir. Yumurta aldıqdan sonra evə gətirən kimi karton qutudan çıxarmayın. Kartonlar yalnız yumurtanın qırılmasının qarşısını almaq üçün deyil, başqa bir həyati əhəmiyyəti də var. Yumurtanı karton qutusu ilə birlikdə soyuducuya qoyun. Soyuducuda olan qida qoxularının məsamələrdən yumurtaya keçməsinin qarşısını alır.
Bundan əlavə, bişməmiş yumurta qabıqlarında müxtəlif bakteriyalar var. Yumurtaları karton qutularından çıxarsaq, onlar bu bakteriyaları soyuducuda təmasda olduqları müxtəlif qidalara ötürə bilərlər.
Yumurtanın təzə və ya köhnə olduğunu necə müəyyən etmək olar?
Yumurtanı su ilə dolu böyük bir stəkana atın. Yumurta suda üfüqi vəziyyətdə qalırsa, təzədir, yarı üfüqi qalırsa, 8-10 günlükdür, suyun səthinə çıxırsa, bayatdır. Yumurtanı qırdığınız zaman da təzə olub-olmadığını müəyyən edə bilərsiniz. Təzə yumurta qırılanda sarısı dağılmır, qabarıq formada qalır, rəngi açıq sarı olur və yumurtanın ağı sarıdan asanlıqla ayrılmır. Bayat yumurta qırılanda sarısı yastılaşır və ya dağılır, ağın axıcılığı azalır və suya bənzəyir.
Yumurta səhər yeməyinin əvəzolunmaz qidaları arasındadır. Dadlı olması ilə yanaşı, çox faydalı qida mənbəyidir. Hər səhər yeməyində ən azı 1 yumurta istehlak edilməlidir.
Yumurtalar iki yerə bölünür: ağ və sarı
Yumurta ağının yalnız zülal ehtiyaclarınızı qarşıladığını düşünürsünüzsə, yanılırsınız. O, zülalla yanaşı, həmçinin vitamin və minerallarla zəngindir. Yumurta ağının tərkibində A, B, B2, B5, B9, B12, D və E vitaminləri var. Diş və sümük sağlamlığı üçün hər gün yumurta istehlak edilməlidir.
Ay Tac















