Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, azı 139 nəfər isə xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə prefektura hakimiyyətinin və xilasedici xidmətlərin ümumiləşdirilmiş məlumatlarında bildirilir.
Hazırda 69 min təsərrüfatda su təchizatında fasilələr davam edir. Bundan başqa, azı 9,2 min nəfər təbii fəlakətdən dərhal sonra köçürüldükləri təxliyə mərkəzlərində qalmaqdadır.
Qeyd edək ki, iyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ son illərdə Yaponiyada qeydə alınan ən güclü yeraltı təkanlardan biri hesab olunur.
Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə xilasedici və digər aidiyyəti xidmətlərlə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin 4,6 min hərbçisi də cəlb olunub.
Bakı 



