• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB + FOTOLAR

HADİSƏ

01 Avqust 2026 | 16:18 | Müəllif: Subhan Mahmudov

Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB + FOTOLAR

Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxti.az xəbər verir ki, rayon ərazisində “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı  oğlan, sürücü, 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Murad İsmayıl

14:34

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Əlibəyli kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib.

Hadisə zamanı yaralanan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB + FOTOLARQaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB + FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR