• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Naxçıvanda yaşayış binası yandı - VİDEO

HADİSƏ

31 Avqust 2026 | 15:04 | Müəllif: Əli Hüseynov

Naxçıvanda yaşayış binası yandı - VİDEO

Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29.5 kvadratmetr olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026