• Bakı 28° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Avropa ölkəsində meşə yanğınları: 100 ev məhv oldu

DÜNYA

01 Avqust 2026 | 15:25

Avropa ölkəsində meşə yanğınları: 100 ev məhv oldu

Meşə yanğınları Yunanıstanın bir neçə şəhərini, o cümlədən Afina ətrafını bürüyüb.

Bakıvaxtı.az "Röyters"ə istinadla xəbər verir ki, ölkədə yanğınların söndürülməsi və əhalinin təcili təxliyəsi üzrə irimiqyaslı əməliyyatlar davam edir.

Afina yaxınlığındakı dənizkənarı Porto-Qermeno qəsəbəsini bürüyən irimiqyaslı yanğın nəticəsində 100-ə yaxın ev məhv olub.

Məlumata görə, Yunanıstan paytaxtından təxminən 50 kilometr qərbdə yerləşən Porto-Qermeno ən çox zərər çəkmiş yaşayış məntəqələri sırasındadır. Alov qəsəbəni üç tərəfdən mühasirəyə alıb ki, bu da təbii fəlakətlə mübarizəni xeyli çətinləşdirir.

Qeyd olunub ki, güclü küləklər alovun daha da yayılmasına səbəb olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026