• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xankəndidə tikilidə yanğın baş verib

HADİSƏ

17 Iyul 2026 | 09:47 | Müəllif: Əli Hüseynov

Xankəndidə tikilidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250kv.m. olan iki ədəd birmərtəbəli və ümumi sahəsi 200kv.m. olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026