• Bakı 14° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Xankəndidə silah-sursat aşkarlandı

HADİSƏ

13 Mart 2024 | 09:45

Xankəndidə silah-sursat aşkarlandı

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, və qumbaralar tapıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR