• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Maşın vuran Xalq artisti ilə bağlı SON DƏQİQƏ 

MƏDƏNİYYƏT

24 Avqust 2026 | 10:45 | Müəllif: Əli Hüseynov

Maşın vuran Xalq artisti ilə bağlı SON DƏQİQƏ

Avqustun 21-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsin (Şükufə Yusupova - red.) müalicəsi palata şəraitində davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

    Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Oktyabr 2026