• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

CƏMİYYƏT

16 Mart 2021 | 15:31

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

“WhatsApp” messencerində istifadə şərtləri və məxfilik siyasətinin yenilənməsinə başlanılıb. Martın 15-də messencerin istifadəçiləri yeni şərtlərin qəbul olunmasını tələb edən bildiriş alıblar.

Bakıvaxtı.az verir ki, bildirişə əsasən, istifadəçi yenilənmiş şərtlərdən imtina etdiyi halda əvvəlki kimi mesaj və zənglər ala biləcək, ancaq onları oxuya və zənglərə cavab verə bilməyəcək.

Messencerin tam funksionallığından istifadə etmək üçün yenilənmiş şərtləri və məxfilik siyasətini qəbul etmək lazımdır.

Fevralın sonunda “WhatsApp”ın yeni şərtlərini qəbul etməyən müştərilərin funksionallığının məhdudlaşdırılacağı məlum olub. Uzun müddət ərzində yeni şərtləri qəbul etməmiş qeyri-aktiv hesablar silinəcək. Dəyişikliklər mayın 15-dən qüvvəyə minəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR