• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynada neft məhsulları Dnestr çayına sızdı

DÜNYA

25 Dekabr 2022 | 19:18 | Müəllif: Subhan Mahmudov

Ukraynada neft məhsulları Dnestr çayına sızdı

Ukraynada neft sızması baş verib. Hadisə nəticəsində Dnestr çayı çirklənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü İvano-Frankovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Svetlana Onişçuk öz “Telegram” kanalında yazıb.

Məlumata görə, fövqəladə hadisə ötən gün baş verib. Sızma Lvov vilayətində qeydə alınıb və daha sonra Dnestr çayının çirklənməsi qonşu bölgədə, Qaliç şəhərində aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri artıq sızmanın və onun nəticələrinin aradan qaldırılmasına başlayıb. Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri hadisə barədə məlumatlandırılıb. Vəziyyət nəzarətdə saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026