• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Uber" sürücülərinə 178 milyon təzminat ödəyəcək

CƏMİYYƏT

18 Mart 2024 | 13:21

"Uber" sürücülərinə 178 milyon təzminat ödəyəcək

Qlobal taksi şirkəti “Uber” Avstraliyada ölkə bazarına daxil olduqdan sonra taksi və şəxsi avtomobil sürücülərinin “iqtisadi itkilərini” qarşılamaq üçün təxminən 178 milyon dollar ödəməyə razılaşıb.

Bakıvaxtı.az “ABC News”a istinadən xəbər verir ki, ölkədə şəxsi avtomobil sürücüsü kimi çalışan 8 mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə “Uber”ə qarşı açılan iddia ilə bağlı açıqlama verib.

“Uber”in ölkə bazarına girməsindən sonra taksi sürücülərinin və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərə məruz qaldığını bildirən hüquqşünaslar şirkətin uzun müddət bu itkiləri ödəməkdən çəkindiyini, lakin nəhayət kompromis əldə edildiyini bildiriblər.   

Buna əsasən, uber təzminat olaraq təxminən 178 milyon dollar ödəməyə razılıq verib.

Razılaşdırılmış məbləğin ödənilməsi üçün Ali Məhkəmənin razılığı tələb olunur.

Qeyd edək ki, 2019-cu ildə “Uber”ə qarşı taksi sürücülərinə və şəxsi nəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunsuz fəaliyyət göstərdiyi və haqsız rəqabət apardığı iddiası ilə iddia qaldırılmışdı.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026