• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp Ukrayna müharibəsini necə dayandıracağını açıqladı

DÜNYA

07 Sentyabr 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

Tramp Ukrayna müharibəsini necə dayandıracağını açıqladı

Neftin bir barreli 40 dollara başa gələcəksə, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

"Görəcəyim işlərdən biri odur ki, qalib gəlsək, vəzifəyə başlamazdan əvvəl prezident seçiləndə bu müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni həll edib dayandıra bilərəm, çünki bu, dəhşətli müharibədir. Və Ukraynada daha çox insan ölür - təsəvvür etdiyinizdən də çox insan", - Tramp bildirib.

O qeyd edib ki, Putinin müharibəsi neftin bir barreli 100 dollar olanda gedir, barreli 40 dollar olsa, müharibə dayanacaq.

Seçkilərdə qalib gələcəyi təqdirdə həyata keçirəcəyi enerji siyasətini şərh edən Tramp enerji qiymətlərini kəskin şəkildə aşağı salmaq niyyətində olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026