• Bakı 19° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tramp: Ərdoğanı çox bəyənirəm

DÜNYA

21 Yanvar 2026 | 01:11 | Müəllif: Subhan Mahmudov

Tramp: Ərdoğanı çox bəyənirəm

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.

"Ərdoğanı çox bəyənirəm, onunla çox vacib telefon danışığım olacaq", - Tramp deyib.

Tramp Suriyadan da danışıb: "Suriya Prezidenti Əhməd Əl Şaraa çox çalışır. Güclü və sərt insandır. Dünən onunla danışdım və həbsxanalardakı vəziyyət barədə söhbət etdik. Dünyanın ən pis terrorçularından bəziləri həmin həbsxanalardadır. Şaraa bu prosesi izləyir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026