Sumqayıtda qadının bıçaqlanması ilə əlaqədar araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, martın 4-də Sumqayıt şəhəri ərazisində 59 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
***09:08
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











jpg-1743681205.webp)




