• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Gəncədə avtomobil azyaşlının üzərindən keçdi

HADİSƏ

03 Aprel 2025 | 20:48 | Müəllif: Subhan Mahmudov

Gəncədə avtomobil azyaşlının üzərindən keçdi

Gəncədə qadın sürücünün idarə etdiyi avtomobil azyaşlının üzərindən keçib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, şəhərin sosial binalarında yaşayan 2013-cü il təvəllüdlü K. Əsgərova binanın qarşısında velosiped sürərkən sürücü maşını arxaya vermək istədikdə onu vurub.

Sürücü avtomobili irəli sürərkən yenidən azyaşlının ayaqları üzərindən keçib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026