Sumqayıtda 20 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli apa-ya bildirib ki, Sumqayıt şəhərində 20 yaşlı X.Məmmədova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
***
14:32
Sumqayıtda 20 yaşlı oğlan bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonu ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Xəyyam Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
















