• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şokolad sevənlərə pis xəbər

CƏMİYYƏT

21 Noyabr 2023 | 08:53 | Müəllif: Qalib İbrahimoğlu

Şokolad sevənlərə pis xəbər

Şokoladın ən mühüm xammalı olan kakaonun qiymətləri son 45 ilin ən yüksək həddinə çatıb.

Bakıvaxtı.az xarici mətbuata istinadlxəbər verir ki, qiymət artımı piştaxtalardakı qəlyanaltı məhsullarında da özünü göstərəcək.

Məlumata görə, kakaonun qiyməti tədarük çatışmazlığı səbəbindən 1978-ci ildən bəri ən yüksək həddə çatıb. Belə ki, kakaonun metrik ton qiyməti Nyu-York birjasında 4 min dolları ötüb.

Qiymətlərin artmasına səbəb olan amillərdən biri də ən böyük kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilində pis hava şəraitidir. Pis hava şəraiti ilə əlaqədar məhsul yığımına gec başlansa da, kakaoda tədarük çatışmazlığı ilə bağlı narahatlıqları da gətirib.

Bu il yüzdə 40 dəyər qazanan kakao hələ 1977-ci ildəki 5 min 379 dollar səviyyəsinə çatmasa da, təklif tərəfindəki mənfi vəziyyətin bir müddət daha kakaonun qiymətlərinə təsir edəcəyi gözlənilir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026