“Financial Times” qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanının Fars körfəzindən Qırmızı dənizə neft nəql edən mühüm "Şərq-Qərb" boru kəməri pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerli vaxtla çərşənbə günü saat 13:00 radələrində 1200 kilometrlik boru kəmərinin nasos stansiyasında baş verib.
Şahidlərin verdiyi məlumata görə, hücum nəticəsində stansiyaya ziyan dəyib və hazırda dəymiş zərərin miqyası qiymətləndirilir.
Sözügedən kəmər krallıq üçün həyati əhəmiyyət kəsb edir, çünki "Saudi Aramco" şirkəti Hörmüz boğazından yan keçmək məqsədilə ixrac marşrutunu məhz bu kəmər vasitəsilə Qırmızı dənizə yönəldib.
Maraqlıdır ki, hücum barədə məlumatlar İran və ABŞ-nin çərşənbə axşamı axşam saatlarında atəşkəs barədə razılığa gəlməsindən cəmi bir neçə saat sonra yayılıb./Musavat
Bakı 




