• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

SEPAH ABŞ bazalarını ilk dəfə bu raketlə VURDU

DÜNYA

23 Mart 2026 | 23:20

SEPAH ABŞ bazalarını ilk dəfə bu raketlə VURDU

SEPAH regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

"Gerçək Vəd 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib.

Məlumata görə, raketlər ABŞ-nin "Əl-Dafra" (BƏƏ), "Viktoriya" (İraq), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı (Bəhreyn), "Əli əs-Salem" (Küveyt) və "Əl-Xarc" (Səudiyyə Ərəbistanı) bazalarını "uğurla vurub".


SON XƏBƏRLƏR

23 Mart 2026