• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Sabirabadda ağır qəza - Ölənlər var - YENİLƏNİB

HADİSƏ

25 Aprel 2023 | 13:32

Sabirabadda ağır qəza - Ölənlər var - YENİLƏNİB

Sabirabad rayonunun Nərimankənd kəndi “BAЗ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Nəticədə “BAЗ” markalı minik avtomobilinin yanar hissəsləri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

09:19

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ötən gecə saat 23:45-də Hacıqabul-Horadiz yolunun Sabirabadın Nərimankənd kəndindən keçən 30-cu kilometrində iki avtomobil toqquşub.

Belə ki, 1982-ci ildə anadan olmuş Abdullayev Emin Eynulla oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə 1999-cu il təvəllüdlü Müxtəsimov Ramazan Eldar oğlunun sürdüyü "Mercedes-Benz" markalı maşın toqquşub. Nəticədə "VAZ-21074"in sürücüsü E.Abdullayev və sərnişini 30 yaşlı Rzayev Elşad Əlisəfa oğlu hadisə yerində ölüb.

Qəza ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026