• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Saakaşvili uğrunda aksiyalar elan edildi

DÜNYA

08 Oktyabr 2021 | 23:14 | Müəllif: Subhan Mahmudov

Saakaşvili uğrunda aksiyalar elan edildi

Eks-prezident Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə Tiflisdə, Rustavi prospektində aksiya keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müxalif Qanun və Ədalət Partiyasından deputat Tako Çarkviani məlumat yayıb.

Yerli vaxtla saat 17:00-da başlayacaq aksiya hakimiyyətə xəbərdarlıq mahiyyəti daşıyacaq.

“Xalq Hərəkatının bu aksiyası seçkilərin mümkün saxtalaşdırılmasına qarşı xəbərdarlıqdır və növbədənkənar parlament seçkilərinə qədər Saakaşvilinin həbsdən azad edilməsi tələb ediləcək”, - Çarkviani deyib.

Onun sözlərinə görə, 14 oktyabrda növbəti aksiya keçiriləcək.

“Aksiyaya digər müxalif partiyaların qoşulmaması bizə heç bir çətinlik yaratmayacaq”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026