• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rusiya Vinnitsaya da zərbə endirdi: ölən var

DÜNYA

24 Mart 2026 | 23:01

Rusiya Vinnitsaya da zərbə endirdi: ölən var

Bu gün Rusiya qüvvələri Ukraynanın Vinnitsa şəhərinə irimiqyaslı PUA hücumu həyata keçirib. Hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Vinnitsanın meri Sergey Morqunov deyib.

"Vinnitsaya kütləvi hücum nəticəsində 59 yaşlı kişi həlak olub. Daha 11 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib, 5-nə tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. İndiyədək doqquz fərdi evə ziyan dəydiyi, üç əhəmiyyətli dağıntıların olduğu məlumdur. Bundan başqa, partlayış dalğası nəticəsində iki çoxmərtəbəli binada dağıntılar qeydə alınıb. Ehtiyac yaranarsa, insanlar mehmanxanalarda müvəqqəti yerlə təmin olunacaqlar", - o bildirib.

Qeyd edək ki, bu gün Rusiya sərhəddən təxminən 700-800 km uzaqlıqdakı Lvov şəhərinə PUA zərbəsi endirib. /Axar.az


SON XƏBƏRLƏR

24 Mart 2026