• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rizvan Cəbiyevin vəziyyəti ağırlaşdı 

CƏMİYYƏT

06 Mart 2024 | 13:00

Rizvan Cəbiyevin vəziyyəti ağırlaşdı

“Rizvan danışa bilmir. Huşu tez-tez gedir”.

Bu sözləri sabiq deputat, mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevin həyat yoldaşı Şərqiyyə Cəbiyeva onun səhhəti ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib.

Onun sözlərinə görə, sabiq deputat hazırda müalicə alır:

“Müalicə alsa da, ona ciddi xeyri olmur. Evdə qoluna girib gəzdirirəm. Son vaxtlar vəziyyətində heç bir müsbət irəliləyiş də yoxdur. Tez-tez  həkim çağırırıq gəlib baxır. Gecələr yata bilmir".

O, həyat yoldaşının dərmanların hesabına yaşadığını deyib: 

"Evdə mən, digər oğlum, eləcə də, gəlinim onun qayğısına qalırıq. Çox sağ olun ki, siz də onu yad edirsiniz”.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026