• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Qubada ağır qəza: 1 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

05 Fevral 2024 | 13:30

Qubada ağır qəza: 1 nəfər öldü - YENİLƏNİB

Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan 5 nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb.

Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir.

...

11:10

Quba-Qusar yolunda, Quba rayonunun Xucbala kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “VAZ 2109” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Xəsarət alanlar - 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    ...

    10:50

    Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

    Bakıvaxtı.az nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

    Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

    Faktla bağlı araşdırma aparılır.


    Qubada ağır qəza: 1 nəfər öldü - YENİLƏNİBQubada ağır qəza: 1 nəfər öldü - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026