• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Putini şəxsən gözləyəcəm" - Zelenski

DÜNYA

11 May 2025 | 21:44 | Müəllif: Subhan Mahmudov

"Putini şəxsən gözləyəcəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləyəcəyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. 

“Biz sabahdan atəşkəs gözləyirik - tam və davamlı, diplomatiya üçün lazımi zəmin təmin edəcək”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, görüşə şəxsən gedəcək.

"Və mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Mən ümid edirəm ki, ruslar bu dəfə bacara bilməmələrinə bəhanə axtarmayacaqlar", - Zelenski əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026