Rusiya Prezidenti Vladimir Putin Vyetnam Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam ilə Kremldə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Görüş zamanı Putin Rusiya ilə Vyetnam arasında xüsusi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin inkişaf etdiyini bildirib.
Rusiya lideri iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirdiyini vurğulayıb. Kremlin məlumatına görə, tərəflər Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlığının inkişaf perspektivlərini, o cümlədən ticarət və iqtisadi əməkdaşlığı müzakirə edirlər.
To Lam isə ikitərəfli əlaqələrin inkişafına göstərdiyi diqqətə görə Vladimir Putinə və Rusiya xalqına təşəkkür edib.
Qeyd edək ki, Putinlə To Lamın görüşü Vyetnam liderinin Rusiyaya dövlət səfəri çərçivəsində baş tutub.
















