• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polşa belaruslu diplomatı ölkədən xaric edəcək

DÜNYA

09 Sentyabr 2025 | 21:06 | Müəllif: Subhan Mahmudov

Polşa belaruslu diplomatı ölkədən xaric edəcək

Polşa hökuməti xarici agentin ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılması fonunda bir belaruslu diplomatı ölkədən xaric etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib.

"Belarus xüsusi xidmət orqanlarının ölkəmizə qarşı aqressiv hərəkətlərini dəstəkləyən belaruslu diplomat da Polşadan xaric ediciləcək", - o deyib.

Polşanın Baş naziri həmçinin sentyabrın 8-də Daxili Təhlükəsizlik Agentliyi (Polşa xüsusi xidməti) tərəfindən Rumıniya və Çexiyadan olan tərəfdaşlarla birgə keçirilən əməliyyat nəticəsində belaruslu agentin saxlanması barədə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026